- İşin içi
- 15:58
- 989
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri auditor seçir
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri və ərazi idarələrinin 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Aznews.az xəbər verir ki, sorğuda iştirak haqqı 143 manatdır.
İddiaçılar təkliflərini aprelin 30-na qədər qurumun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 30-da, saat 12:30-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Grovv Audit And Consulting" QSC olub. Şirkətə 26 min manat ödənilib.