Azərbaycanın iki sığorta şirkəti birləşir. Söhbət “Buta Sığorta” və “Günay Sığorta” şirkətlərindən gedir. Azərbaycanın iki sığorta şirkəti birləşir. Söhbət “Buta Sığorta” və “Günay Sığorta” şirkətlərindən gedir.

Azərbaycanda iki sığorta şirkəti birləşir

Azərbaycanın iki sığorta şirkəti birləşir. Söhbət “Buta Sığorta” və “Günay Sığorta” şirkətlərindən gedir.


AzNews.az xəbər verir ki, bu barədə fins.az-a "Günay Sığorta" şirkətinin idarə heyətinin sədri Vüqar Rəcəbov bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı artıq Maliyyə Nazirliyinə müraciət edilib. Sənədlərin toplanması işi gedir. V.Rəcəbov bildirib ki, proses 2 ay və daha çox çəkə bilər. Bütün işlər vaxtında yekunlaşarsa, konsolidasiya iyun ayında baş tutacaq.