2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 8 mlrd. 678 mln. 422,80 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,76% çoxdur. 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 8 mlrd. 678 mln. 422,80 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,76% çoxdur.

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 mlrd. dollara yaxınlaşır

2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 8 mlrd. 678 mln. 422,80 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,76% çoxdur.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, cari ilin ilk yarısında ölkənin idxal əməliyyatları 3 mlrd. 409 mln. 673,65 min dollar olub ki, bu da 2016-cı ilin 6 ayı ilə müqayisədə 15,72% azdır.

Hesabat dövründə 5 mlrd. 268 mln. 749,15 min dollarlıq ixrac əməliyyatları həyata keçirilib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 36,45% çoxdur.

Nəticədə 1 mlrd. 859 mln. 75,50 min dollar məbləğində müsbət saldo yaranıb.

AzNews.az