Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib. Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

22 dövlət əmlakı özəlləşdirilib

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

AzNews.az Komitəyə istinadən xəbər verir ki, hərracda 4 əmlak elektron yolla özəlləşdirilib.

Həmin əmlaklar Bakının Nəsimi, Yasamal, Suraxanı rayonlarında yerləşən qeyri-yaşayış sahələri və “UAZ-31519” markalı nəqliyyat vasitəsi olub.

Ümumilikdə isə hərracda 22 dövlət əmlakı sahibini tapıb. Bunlardan 2-i kiçik dövlət müəssisə və obyekti, 16-ı qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi (6-cı Nəsimi, 2-si Yasamal, 2-si Nizami, 1-i Suraxanı, 1-i isə Nərimanov rayonlarında), 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 25 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 500 manat olsa da, 10 500 manata sahibini tapıb. Bakının Nəsimi rayonunda yerləşən 15,2 kv.m-lik digər qeyri-yaşayış sahəsinin isə ilkin start qiyməti 2 250 manat olsa da, sonda qiymət 6 350 manata yüksəlib.