Bakıda daha bir yol təmir edildi - Fotolar

Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.

Bu barədə AzNews.az-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Hüseyn Seyidzadə küçəsinin 4-cü mikrorayon dairəsi və Mircəlal küçəsi arasında yerləşən 450 metrlik hissəsindən gedir. Burda yolun hərəkət hissəsinin eni 17 metr təşkil edir.

Küçə boyu asfalt-beton örtüyündə deformasiya və dağılmalar yarandığından nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranırdı. Təmir işləri zamanı bu problemi aradan qaldırmaq üçün asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsası bərpa olunub, yol kənarına 800 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb.

Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Bu çərçivədə 600 kvadratmetr piyada səkisi asfaltlanıb. Küçə boyu 450 metr uzunluğunda yeni su xətlərinin çəkilişindən sonra hərəkət hissənin də asfaltlanması işləri aparılıb. Küçənin 7,5 min kvadratmetr sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, 17 ədəd kommunikasiya xətləri üçün yeni baxış qapaqları qoyulub.

Texnoloji ardıcıllığa riayət edilməklə aparılan təmir-tikinti işlərindən sonra hərəkəti normal təşkili üçün yol cizgi və yolgöstərici xətlər çəkilib, yol nişanları quraşdırıldıqdan sonra vətəndaşların istifadəsinə verilib.

Nəqliyyat vasitələrinin sıxlığının azalmasına hesablanan layihələrin icrası çərçivəsində paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mircəlal küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

Küçənin digər hissəsində isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpa işləri aparılır. Yol ayrıcı sökülür, alt hissəsi 1 m dərinlikdə qazılaraq yararsız qrunt çıxarılır, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilir. Anoloji işlər yolun mövcud hərəkət hissəsində də aparılır. Yüksək gərginlikli elektrik xəttinin çəkilişi ilə əlaqədar olaraq qazılan əraziyə təqribən 0,8-1 m dərinlikdə yararlı qrunt tökülərək yeni yol əsası inşa edilir.

Təmir-tikinti layihəsinə uyğun olaraq küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, zəruri yerlərdə yeni sistem qurulur,

Bundan başqa vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kvadratmetr mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir.

Agentlik rəhbərliyinin nəzarəti altında küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəndən sonra, nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq Mircəlal küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

image description image description image description