- Köhnə - İqtisadiyyat
- 6 İyul 2018 20:11
- 7 187
"BakuBus" BNA-nin tabeliyinə verilir
Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
AzNews.az xəbər verir ki, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi ilə bağlı müddəa fərmanda öz əksini tapıb.
Qeyd edək ki, "BakuBus" əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində idi.