- Köhnə - İqtisadiyyat
- 12 İyul 2018 13:25
- 5 564
Bu il Azərbaycan xarici ticarət əməliyyatlarından müsbət saldosu 2,2 dəfə artıb
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 13 mlrd. 322 mln. 757,33 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 644 mln. 334 dollar və ya 53,52% çoxdur.
Ötən 6 ay ərzində idxal əməliyyatları 4 mlrd. 660 mln. 330,28 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1 mlrd. 250 mln. 656 min dollar və ya 36,68% çoxdur.
Nəticədə 4 mlrd. 2 mln. 96,77 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 6 ayı ilə müqayisədə 2 mlrd. 143 mln. 21 min dollar və ya 2,15 dəfə artım deməkdir.
AzNews.az