- Köhnə - İqtisadiyyat
- 14 İyul 2018 13:54
- 5 155
AZAL onlayn bilet satışını dayandırdı - Vətəndaşlara müraciət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) onlayn bilet satışını dayandırıb.
“APA-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, hava yolları şirkəti bununla bağlı vətəndaşlara müraciət edib.
Məlumatda deyilir ki, aviaşirkətin www.azal.az ünvanında yerləşən internet səhifəsində bilet satışı dayandırılıb: “Aviaşirkətdən birbaşa asılı olmayan bir sıra texniki problemlərlə əlaqədar olaraq hazırda www.azal.az saytında aviabiletlərin satışı müvəqqəti olaraq qeyri-mümkündür”.
Şirkət müvəqqəti narahatlığa görə üzr istəyib.
AzNews.az