Bu gündən etibarən Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstan nümayəndəliyinin əmanətçiləri sığortalanmış əmanətlər üzrə kompensasiya əldə edə bilərlər. Bu gündən etibarən Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstan nümayəndəliyinin əmanətçiləri sığortalanmış əmanətlər üzrə kompensasiya əldə edə bilərlər.

Onlara kompensasiya ödəniləcək - Bu gündən

Bu gündən etibarən Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstan nümayəndəliyinin əmanətçiləri sığortalanmış əmanətlər üzrə kompensasiya əldə edə bilərlər.

APA-nın yerli bürosu Gürcüstanın Əmanətlərin Sığortalanması Agentliyinə istinadla xəbər verir ki, agentlik tərəfindən ödəniləcək maksimal məbləğ 5 min lari (2 042 dollar) təşkil edir.

Sığortalanmış depozitləri “Liberty Bank”ın istənilən filialından almaq mümkün olacaq.

Əmanətlərin Sığortalanması Agentliyindən bildirilib ki, “ABB – Gürcüstan”ın 34 əmanətçisinin sığortalanmış əmanəti ödəniləcək. Əmanətçilərin əksəriyyəti Azərbaycan, İran və Türkiyə, 9-u isə Gürcüstan vətəndaşıdır. Əmanətçilərə ödəniləcək məbləğin ümumi həcmi 10 200 lariyə (4 168 dollar) yaxındır.

Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərar qəbul edib.

AzNews.az