Buğda və un ƏDV-dən azad edildi

Nazirlər Kabineti Azərbaycan ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısına dəyişiklik edib.

Baş nazir Artur Rəsizadə Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Nazirlər Kabineti siyahıya bugda, meslin, buğda unu və buğda-çovdar ununu əlavə edib.

Qərar dərc edildiyi gündən 1 il müddətində qüvvədə olacaq.

E.Əlosmanqızı
AzNews.az