ABŞ “Cənub qaz dəhlizi“nə dəstək verməyə hazırdır

ABŞ rəqabətin inkişafı və energetika bazarlarının inhisar olmasının qarşısının alınması üçün hər şey etməyə davam edəcək, ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib. "Bizim enerqodiplomatiyamızın hədəflərindən biri rəqabətin dəstəyi və inhisarın (energetika bazarlarında) qarşısının alınmasıdır. Baxın, Avropada nə baş verdi: onilliklərlə Avropa ölkələri çoxusu bir ölkənin boru kəməri vasitəsilə təbii qazı alırdı, o da Rusiya idi.

Eyni vaxtda qazın bir neçə başqa mənbəyi əlçatan idi. Amma indi vəziyyət dəyişdi. Xüsusi halda, ABŞ-da hasilatın artması səbəbindən bazarlara böyük həcmlərdə təbii qaz daxil oldu. Həmçinin Xəzər regionundan və Orta Asiyadan qaz əlçatan oldu və bu ölkələr onu satmaq istəyir, Avropa - isə almaq istəyir", - ABŞ-ın enerji təhlükəsizliyinin təminatı haqqında nitqində Klinton Corctaunun universitetində cümə axşamı deyib.

Onun sözlərinə görə, həqiqətən də Avropa bazarını Orta Asiya və Xəzər qazı üçün əlçatan etmək üçün, əlavə boru kəmərlərini tikmək lazımdır. "Bu da elə layihənin məqsədidir ki, hansını ki biz "Cənub qaz dəhlizini" adlandırırıq. O bütün Avropa boyunca uzanmalıdır. ABŞ əvvəldə bu layihədə aktiv partnyor idi və indi də onun iştirakçılarına bütün lazımlı köməyi göstərmək niyyətindədir ki, onlar layihənin reallaşdırmasının nəticələrindən həzz ala bilsinlər", - dövlət katibi qeyd edib.

O qeyd edib ki, ABŞ Avropada qaz bazarının diversifikasiyasına nail olur ki, regionu əlavə risklərdən qorusun. "İnhisarçılıq risklər yaradır. Dünyanın hər hansı nöqtəsində, harada bir ölkə başqa ölkədən enerjinin verilməsində asılıdır, iqtisadi və siyasi müstəqilliyin itməsinin təhlükəsi yaranır. Buna görədə NATO enerji təhlükəsizliyini əsas məsələ kimi sayır və bu səbəbdən biz ABŞ-Avropa Birliyi energetika şurasını təsis etdik", - Klinton deyib. "Nabukko" qaz kəməri layihəsi qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə nəqlini nəzərdə tutur. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr qaz təşkil edəcək. Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Azərbaycanın "Şahdəniz" qazkondensat yatağının (ehtiyatlarının həcmi 1,2 trilyon kubmetr) işlənməsi üzrə konsorsium hazırda Avropaya qaz ixracının mümkün marşrutlarını nəzərdən keçirir. O cümlədən "Cənub qaz dəhlizi" marşrutuna baxılır.

AzNews.az