ABŞ prezidenti Barak Obama İrandan neft idxalına dair qadağanın ləğvi barədə memorandum imzalayıb. Rəsmi Vaşinqtonun bu qərarından sonra İran dünya bazarına sutkada əlavə olaraq 0,7-1 milyon barel neft çıxara biləcək. ABŞ prezidenti Barak Obama İrandan neft idxalına dair qadağanın ləğvi barədə memorandum imzalayıb. Rəsmi Vaşinqtonun bu qərarından sonra İran dünya bazarına sutkada əlavə olaraq 0,7-1 milyon barel neft çıxara biləcək.

İran bazara əlavə neft çıxararsa... – İşsizlər artacaq, müəssisələr bağlanacaq...

ABŞ prezidenti Barak Obama İrandan neft idxalına dair qadağanın ləğvi barədə memorandum imzalayıb. Rəsmi Vaşinqtonun bu qərarından sonra İran dünya bazarına sutkada əlavə olaraq 0,7-1 milyon barel neft çıxara biləcək.


İqtisadçı-ekspert Azər Mehdiyev AzNews.az-a açıqlamasında bildirib ki, bu qərar uzun müddət sanksiyalara məruz qalan İran üçün böyük əhəmiyyətə malikdir: "İndi İrana qarşı sanksiyaların aradan qaldırılması, xüsusi ilə ABŞ-ın bu qətnaməni qəbul etməsi o deməkdir ki, İran nefti də sərbəst şəkildə bazarlara çıxacaq. Bu qətnamədən məlum olur ki, İran nefti gələn ilin əvvəlindən böyük imkanlarla bazarlarda olacaq".

Ekspert bildirib ki, Azərbaycan neft ixrac edən bir ölkə olaraq, ölkə gəlirlərinin əsasən neftdən fomalaşdığını nəzərə alsaq, bu qərar ölkənin neft gəlirlərinin azalmasına gətirib çıxara bilər: "Nəzərə alaq ki, bununla bərabər dolların kursu qalxmaqda davam edir. Eyni zamanda dekabrın 16-da Amerika Birləşmiş Ştatlarında Federal Ehtiyat Fondu tərəfindən uçot dərəcələrinin artırılması gözlənilir. Yəni bu vəziyyətdə neftin qiymətinin indiki vəziyyətdən də aşağı düşməsi gözlənilən bir haldır".

A.Mehdiyev qeyd edib ki, bu gün neftin qiyməti 45 dollardırsa, ABŞ-ın bu qərarı yaxın zamanda neftin qiymətinin 40 dollardan da aşağı olmasına gətirib çıxaracaq: "Təbii ki, ölkəyə neft gəlirlərinin azalması həm neft fonduna daxil olmaların həcmini azaldacaq və bu da büdcə gəlirlərinin azalmasına gətirib çıxaracaq. Bu isə ölkədə iqtisadi vəziyyətin bir az da gərginləşməsinə səbəb olacaq. Çünki Azərbaycan iqtisadiyyatında son illər neft gəlirləri hesabına canlanma yaranmışdı. Neft gəlirləri azaldıqca iqtisadi fəallıq azalacaq, bir sıra müəssislər bağlanacaq və iş yerlərinin azalmasına gətirib çıxaracaq".

Bahar RÜSTƏMLİ