Gürcüstan dövlətçilik tarixində ilk dəfə Almaniya ilə hərbi sahədə ikitərəfli əməkdaşlıq edəcək. Gürcüstan dövlətçilik tarixində ilk dəfə Almaniya ilə hərbi sahədə ikitərəfli əməkdaşlıq edəcək.

Gürcüstanın dövlətçilik tarixində bir ilk

Gürcüstan dövlətçilik tarixində ilk dəfə Almaniya ilə hərbi sahədə ikitərəfli əməkdaşlıq edəcək.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Berlində “Gürcüstan Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında” müqavilə imzalanacaq. Gürcüstan müdafiə naziri Levan Ozoria bu məqsədlə artıq Almaniyaya yola düşüb.

Bundan başqa, L.İzoria Almaniya silahlı qüvvələrinin baş qərargah rəisi və parlamentin müdafiə komitəsinin üzvləri ilə də görüşlər keçirəcək.(AZƏRTAC)

© AzNews.az