Neftin bir barelinin qiyməti 52,42 dollar müəyyənləşdirilib. Neftin bir barelinin qiyməti 52,42 dollar müəyyənləşdirilib.

İran bir milyon barel neftini sata bilmədi

Neftin bir barelinin qiyməti 52,42 dollar müəyyənləşdirilib.

İran bir milyon barel neftini sata bilməyib.

“SHANA” agentliyi xəbər verir ki, yanvarın 21-də Tehranın energetika birjasında tələb olmadığından 1 milyon barel neft satılmayıb.

Neftin bir barelinin qiyməti 52,42 dollar müəyyənləşdirilib.

Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədi ilə ötən ilin oktyabrından başlayaraq, İran öz xam neftini Tehran birjasında satır. İranın Neft Nazirliyindən bildiriblər ki, 2018-ci il oktyabrın 28-də bir bareli 74,85 dollara bir milyon barel, həmin il noyabrın 11-də isə 64,97 dollara 700 min barel neft satılıb.

Xatırladaq ki, 2018-ci il noyabrın 5-dən ABŞ İranın energetika sahəsinə sanksiya tətbiq edib.(report.az)

© AzNews.az