O, özəl sektorda fəaliyyətini davam etdirəcəyini vurğulayıb O, özəl sektorda fəaliyyətini davam etdirəcəyini vurğulayıb

Nazir müavini istefa verdi

O, özəl sektorda fəaliyyətini davam etdirəcəyini vurğulayıb

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin birinci müavini Mixeil Giorqadze vəzifəsini tərk edib.

O, bu barədə “Facebook” səhifəsində yazıb.

M.Giorqadze yeni insanlar və yeni enerjiyə yer verməyin vaxtı olduğunu bildirib.

O, özəl sektorda fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, M.Giorqadze ötən ilin iyulunda təhsil, elm, mədəniyyət və idman nazirinin müavini vəzifəsinə təyinat alıb. O, 2014-2017-ci illərdə Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri, 2017-2018-ci illərdə isə mədəniyyət və idman naziri olub.(report.az)

AzNews.az