İqamətgah 2011-ci ildə tikilib İqamətgah 2011-ci ildə tikilib

Saakaşvilinin iqamətgahı satıldı

İqamətgah 2011-ci ildə tikilib

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin iqamətgahı auksionda 2,7 milyon dollara satılıb.

Bunu Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnavu jurnalistlərə açıqlamasında deyib. Satılan iqamətgahın Mestiya qəsəbəsində yerləşdiyi bildirilib. İqamətgahın satış qiyməti başlanğıc qiymətindən 308% çox olub.

Bu qiyməti dövlətə “Aiqvini Saxli” şirkəti ödəyə bilib.

Qeyd edək ki, Saakaşvilinin iqamətgahı 2011-ci ildə tikilib. (Axar.az)

AzNews.az