O, talassemiya xəstəsi olub O, talassemiya xəstəsi olub

Üç yaşlı uşaq koronavirusdan öldü

O, talassemiya xəstəsi olub

İranda koronavirusdan ölənlərin yaş ortalaması 67, yoluxanlarınkı isə 54 təşkil edir.

AzNews.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, koronavirusun ən kiçik qurbanı 3 yaşlı uşaqdır. O, talassemiya xəstəsi olub.

Eyni zamanda vurğulanıb ki, gündə təqribən 6 000 nəfər COVID-19 testindən keçir.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 514 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 289 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 11 326 nəfərə çatıb. K.Cahanpur həmçinin 3 529 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.