Ölkədə xəstəlikdən 19 nəfər vəfat edib Ölkədə xəstəlikdən 19 nəfər vəfat edib

Gürcüstanda koronavirusa yoluxmada yeni rekord

Ölkədə xəstəlikdən 19 nəfər vəfat edib

Gürcüstanda son sutka ərzində koronavirusa yoluxmada daha bir rekord yaşanıb.

AzNews.az “StopCov” portalına istinadən xəbər verir ki, son 24 saatda 187 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 3306-ya çatıb.

Ölkədə xəstəlikdən 19 nəfər vəfat edib. 46 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 1 481-dir.

Rusiyada isə son bir gündə 6065 yeni yoluxma faktı qeydə alınıb. Koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 144 pasiyent ölüb, 5255 nəfər isə sağalaraq xəstəxanadan çıxıb.

Ermənistanda daha 244 nəfərdə COVID-19 aşkarlanıb, 2 nəfər vəfat edib. Bununla da ölüm sayı 928-ə çatıb.

Ümumilikdə 47 154 koronavirusa yoluxma qeydə alınıb.