İran: Nüvə fəaliyyətimizdə beynəlxalq standartlardan kənara çıxmırıq

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə fəaliyyətlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) standartlarından kənara çıxmadığını bildirib.

Aznews.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Məhəmməd İslami Tehranda Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.

MAQATE-nin direktoru Rafael Mariano Qrossinin İrana səfərinin gündəmdə olduğunu bildirən Məhəmməd İslami, “BAEA-nın İrana psixoloji təzyiqi və öz məqsədlərinə çatmaq üçün siyasi təşəbbüsləri nəticəsiz qaldı” -deyə qeyd edib.

Mövsüm