- Köhnə - Kriminal
- 27 Fevral 2016 20:35
- 3 619
37 yaşlı kişi bıçaqlandı - Gəncədə
Gəncədə bıçaqlanma olub.
Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elnur Məmmədov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Yaxınlarının dediyinə görə, E. Məmmədov şəhərin Bağmanlar adlanan ərazisində bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
APA