- Köhnə - Kriminal
- 15 İyun 2016 11:51
- 12 456
“Son zəng“ şənliyində kütləvi dava - İki nəfər bıçaqlandı
Gədəbəydə "Son zəng" tədbirində insident olub.
Hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiye və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbio Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Taöıyev və başqa bir nəfər saxlanılıb.
Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
APA.az