- Köhnə - Kriminal
- 9 Avqust 2013 09:08
- 1 746
Moskvada azərbaycanlı qətlə yetirildi
APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, avqustun 8-nə keçən gecə saat 01:15-də avtoservisdə gözətçi işləyən şəxs polisə zəng edərək İnstitut küçəsindəki bir tikilidən bir nəfərin insanları köməyə çağırdığını deyib. Həmin ünvana gələn polislər "Jiquli" avtomobilində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş bir azərbaycanlının meyitini aşkarlayıblar.
Fakt üzrə cinayət işi qaldırılıb.
AzNews.az