Vəkilin 18500 manatını mənimsədilər

Azərbaycanda vəkil Zülfiyyə Bayramovanın 18 500 manata yaxın pulu mənimsənilib. Vəkil 2012-ci il avqustun 12-də avtomobil almaq üçün maşın biznesi ilə məşğul olan Amid Qurbanova 15.500 manat pul verib. Daha sonra həmin şəxsə Nəriman Nərimanov heykəlinin yaxınlığında əlavə olaraq 3000 manat ödəyib. Avtomobil ücün müəyyən olunmuş məbləş ödənilsə də, Qurbanov avtomobilə mülkü etibarnamə verməkdən imtina edib. Pulları mənimsənilən vəkil polisə müraciət etmək məcburuyyətində qalıb. Saxlanan şəxs isə ona qarşı irəli sürülən ittihamla razı deyil: "Heç nə. Üstümə şər atıb ki, guya mən ona borcluyam. Gətirib saldırıb bura. Heç özümdə bilmirəm niyə burdayam".

Yasamal Rayon Polis İdarəsindən APA TV-yə bildirdilər ki, Amid Qurbanov istintaqdan yayındığı ücün həbs edilib. Saxlanan şəxsə Cınayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

AzNews.az