“Lotu Quli”yə daha bir zərbə

Moskvada 34 yaşlı "qanuni orğu" "Timur Quli" ləqəbli Timur Kapba saxlanılıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun həbsi oktyabrın 19-da həyata keçirilsə də, hüquq-mühafizə orqanları xəbəri 2 gün sonra təsdiqləyib.

Baxış zamanı onun üzərindən 4 qr heroin tapılıb. "Qanuni oğru"nu 10 ilədək həbs gözləyə bilər.

Suxumidən olan "qanuni oğru" Timur Kapbanın adı Lotu Quli ləqəbəli azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun qardaşı Namiq Səlifovun "taclandırıldığı" "sxodka"dan sonra daha tez-tez eşidilməyə başlayıb. Beləliklə Kapbanın "piramidası" 7 yeni üzvü- Baban, Namiq Səlifov, Roma Stavropolski, Lex Solom, Nukri, Lesko Qalski və Dato Vladikavkazkinin hesabına daha da güclənib.

Sentyabrda isə Kapba öz himayəsindəki "oğru"larla bərabər Rövşən Lənkəranski ilə bağlı "proqon"u imzalayıb.

Qeyd edək ki, Quli kriminal "karyerasina" cibgir kimi başlayıb. İl dəfə 42 yaşlı qadının cibindən 400 dollarını oğurlayan Kapba 2008-ci ildə həbs edilib. Onu "Mosfilm" kinostudiyasının əməkdaşının maşınından ikonalar oğurlamaqda ittiham ediblər.

Elnur
AzNews.az
image description