25 yaşlı gənc intihar etdi

Lənkəranda 25 yaşlı gənc intihar edib.

Lənkəran rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 11-də rayonun Kərgəlan kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Elvin Heydər oğlu intihar edib. O, özünü yaşadığı evdə tavandan kəndirlə asıb.

Hələlik 25 yaşlı gəncin hansı səbəbdən intihara əl atdığı məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az