- Köhnə - Kriminal
- 31 Oktyabr 2014 13:01
- 1 642
Bərdədə kişi qardaşının keçmiş kürəkənini güllələdi

Bərdədə güllələnmə hadisəsi baş verib. Bərdə Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Muğanlı kəndində qeydə alınıb.
Kənd sakini, 1945-ci il təvəllüdlü Qədir Paşa oğlu Paşayev ehtiyatsızlıqdan qardaşı qızının keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Ramin Umud oğlu İsgəndərovu tüfənglə güllələyib.
R.İsgəndərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən Q.Paşayev tutulub.