- Köhnə - Kriminal
- 27 İyun 2015 10:32
- 7 795
“Qanuni oğru”ların “sxodka”sına polis basqını - 6 nəfər tutuldu
Dünən Moskva DİN əməkdaşları “oğru sxodka”larının qarşısını almaq üçün xüsusi əməliyyat keçirib.
AzNews.az Rosbalt-a istinadən xəbər verir ki, bu barədə RF DİN Baş İdarəsinin mətbuat xidməti məlumat verib."Sxodka"nın keçirildiyi mehmanxanada polis özünü "qanuni oğru" kateqoriyasına aid edən, cinayət sferasının liderləri və fəal iştirakçıları olan 6 nəfəri saxlayıblar.
Torçik ləqəbli "avtoritet"in üzərində 3 qr narkotik maddə aşkarlanıb. Fakt üzrə cinayət işi başlanıb.
Saxlanılanlar Rusiya DİN-in Filevski rayonu üzrə şöbəsinə aparılıblar.
Aydan Axundova