16 yaşlı oğlan ürəyindən bıçaqlandı - Dəhşətli qətl

Masallıda qətl hadisəsi baş verib.

Masallı Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Sərçuvar kəndi ərazisində qeydə alınıb.

Rayonun Xıl kənd sakini, 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov şəxsi münasibətlər zəminində Sərçuvar kənd sakini, 1999-cu il təvəllüdlü Həmid Bayram oğlu Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb.

H. Məmmədov aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Qətli törətmiş R. Zamanov rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isti izlərlə yaxalanıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.