Zaqatala sakinindən külli miqdarda narkotik maddə və odlu silah aşkarlanıb. Zaqatala sakinindən külli miqdarda narkotik maddə və odlu silah aşkarlanıb.

Fındıq bağından külli miqdarda narkotik və silah tapıldı

Zaqatala sakinindən külli miqdarda narkotik maddə və odlu silah aşkarlanıb.


AzNews.az Report-a istinadən xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində Aşağı Tala kənd ərazisində kənd sakini Xətai Mirzəyevə məxsus fındıq bağının 0,04 ha sahəsində külli miqdarda narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib.

Ərazidən ümumi sayı 500 ədəd olmaqla 275 kq çətənə bitkisi yığılıb.

Həmçinin narkotik tərkibli bitkilərin qorunması üçün istifadə olunan 20 çaplı qoşa lülə ov tüfəngi götürülüb.

Əməliyyat axtarış tədbirləri nəticəsində narkotik bitkini əkməkdə şübhəli bilinən rayonun Aşağı Tala kənd sakini 25 yaşlı Əzizov Aslan Abdulla oğlu tutularaq istintaqa təhvil verilib.

Fındıq bağının sahibi X.Mirzəyevin axtarışları isə davam edir.

Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.