- Köhnə - Kriminal
- 24 Avqust 2015 16:36
- 6 569
“Sxodka”ya basqın edildi - 3 “qanuni oğru” saxlanıldı

Rusiyada DİN əməkdaşları tərəfindən kriminal liderlərin “sxodka”sına basqın edilib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılma Moskvanın şimalında əyləncə mərkəzlərindən birində baş verib.
Əldə olunan məlumata görə, kriminal nümayəndələr Altay diyarında təsir dairələrinin möhkəmlənməsinə dair məsələləri müzakirə etməli olublar.
Saxlanılanlar arasında üç nəfər "qanuni oğru" Tkaç, Nodar və Kuso və 4 nəfər kriminal lider olub.
DİN-dən verilən məlumata görə, hazırda saxlanılanların ayrı-ayrı cinayətlərdə iştirak edib-etməməsi müəyyən edilir.
Aydan Axundova