Tovuzda 3 gün əvvəl yoxa çıxan 21 yaşlı qız tapılıb. Tovuzda 3 gün əvvəl yoxa çıxan 21 yaşlı qız tapılıb.

Qardaşının öldürdüyü deyilən gənc qız sağ tapıldı - Tovuzda

Tovuzda 3 gün əvvəl yoxa çıxan 21 yaşlı qız tapılıb.



Məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı tapılaraq bu gün səhər ailəsinə təhvil verilib.

Məlumata görə qız evlərinin yaxınlığında yaşayış olmayan tikilidə gizlənirmiş.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparırlar.

AzNews.az xatırladır ki, ötən gün sözügedən qızın qardaşı tərəfindən öldürüldüyü ilə bağlı məlumat yayılmışdı.

APA.az