Daxili İşlər Nazirliyi (DİN) Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində törədilən qətllə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi (DİN) Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində törədilən qətllə bağlı məlumat yayıb.

Qubadakı qətllə bağlı rəsmi - Məlumat

Daxili İşlər Nazirliyi (DİN) Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində törədilən qətllə bağlı məlumat yayıb.


AzNews.az xəbər verir ki, bu barədə DİN-in rəsmi saytında məlumat yerləşdirilib

Məlumatda bildirilir ki, yanvarın 15-də Quba şəhərində yerləşən "Retro" istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

İlkin məlumata əsasən, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi "İnfiniti" markalı avtomobildə tanışı, Bakı şəhər sakini Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb.

Sumqayıt RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan Elməddin Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.