Kəbə ətrafında dolanmaq (təvaf) müsəlmanların həcc ziyarəti zamanı həyata keçirdiyi dini ayinlərdən biridir. Sözügedən ayin saat əqrəbinin əksi istiqamətində həyata keçirilir. Kəbə ətrafında dolanmaq (təvaf) müsəlmanların həcc ziyarəti zamanı həyata keçirdiyi dini ayinlərdən biridir. Sözügedən ayin saat əqrəbinin əksi istiqamətində həyata keçirilir.

Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?

Kəbə ətrafında dolanmaq (təvaf) müsəlmanların həcc ziyarəti zamanı həyata keçirdiyi dini ayinlərdən biridir. Sözügedən ayin saat əqrəbinin əksi istiqamətində həyata keçirilir.



Bəs bunun səbəbi nədir?

AzNews.az bu məsələ üzərindəki sirr pərdəsini açmağa yönəlmiş bir neçə elmi fakt təqdim edir:

1.İnsan bədənində qan saat əqrəbinin əksi istiqamətində dövr edir.
2.Atom elektronları nüvə ətrafında təvafda olduğu kimi fırlanır.
3.Ay öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində dövr edir.
4.Yer kürəsi öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində dövr edir.
5.Yer kürəsi Günəş ətrafında təvafda olduğu kimi fırlanır.
6.Günəş sisteminin planetləri Günəş ətrafında saat əqrəbinin əksi istiqamətində dövr edir.
7.Günəş və bütün günəş sistemi qalaktikadakı orbitdə saat əqrəbinin əksi istiqamətində hərəkət edir.
8. Bütün qalaktikalar kosmosda saat əqrəbinin əksi istiqamətində fırlanır.

Buradan belə məlum olur ki, biz Kəbə ətrafında dolananda, bütün kainatın dövr etdiyi istiqamətdə hərəkət edirik və Allahın kiçik hissəciklərdən nəhəng kainata qədər bütün yaratdıqları uca tanrının həmdində birləşirlər. Kəbə ətrafında təvaf edəndə, biz Adəmdən Məhəmməd peyğəmbərə kimi bütün peyğəmbərlərin dövr etdiyi yerdə dolanırıq. Məkkədə Kəbə ətrafında heç vaxt təvaf dayanmır. İnanca görə, Kəbə ətrafında dolanan bir insan ruhu belə olmadığı zaman axırzaman baş verəcək.

Aydan AXUNDOVA