Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldıqdan sonra sabiq səhiyyə naziri Əli İnsanovun həbsxana həyatından danışıb. Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldıqdan sonra sabiq səhiyyə naziri Əli İnsanovun həbsxana həyatından danışıb.

Əli İnsanovun həbsxana həyatı – Köməkçisi var, yeməyini ayrı yeyir...

Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldıqdan sonra sabiq səhiyyə naziri Əli İnsanovun həbsxana həyatından danışıb.


AzNews.az xəbər verir ki, T.Yaqublu Ə.İnsanovun həbsxanada keçirdiyi günlərlə bağlı maraqlı məqamları açıqlayıb. Başqan müavinin sözlərinə görə, sabiq nazirin həbsxanada köməkçisi var: "Əli İnsanov özü təkcə olardı və yanında da bir nəfər ona kömək edəni vardı. Bir var ümumi yeməkxana, bir də var təkcə özlərinin yemək bişirdikləri yer. Əli müəllimin ayrıca bir barakda yeri vardı. Naharını edir, sonra isə həmin yeri onun üçün yığışdırırdılar və gedirdi. Orada da öz peşəsində idi, insanları müalicə edirdi, xəstə olanlara məsləhət verirdi. Hətta evində xəstəsi olan məhbuslar, həbsxana işçiləri belə ondan məsləhət alırdı. Əli müəllim də məsləhət verir, dərman yazır və kömək edirdi. Onun ciddi bir qrafiki vardı. Səhər tezdən oyanar, bir saat gərgin idman edərdi. Qar yağsın, dolu yağsın, fərq etməz. Qaçır, "jim" edirdi. Səhər yeməyindən sonra mütləq oxumalı idi. Həftədə 5 dəfə vəkilləri yanına gəlirdi. Əli müəllim biz zona gələndə çox sevindi. Düzdür, dedi ki, sizin azadlıqda olmağınızı istəyirəm, türməyə düşməniz üzücüdür. Amma bununla belə, danışmağa adam tapıldığı üçün də sevindi".

Xatırladaq ki, T.Yaqublu "Yeni Müsavat"a müsahibə verib. O, həmin müsahibəsində sabiq Səhiyyə naziri Əli İnsanovun həbsxana həyatı ilə bağlı sualları cavablandırıb.

Bahar RÜSTƏMLİ
AzNews.az