Qazaxıstanın Atırau şəhərində ağır atlet Nicat Rəhimovun doğum günü şərəfinə gənclərin veloyürüşü keçirilib. Qazaxıstanın Atırau şəhərində ağır atlet Nicat Rəhimovun doğum günü şərəfinə gənclərin veloyürüşü keçirilib.

Qazaxıstanda Nicata maraqlı sürpriz - Video

Qazaxıstanın Atırau şəhərində ağır atlet Nicat Rəhimovun doğum günü şərəfinə gənclərin veloyürüşü keçirilib.


Bu barədə ATPress məlumat yayıb.

Yayılan məlumata görə, yüzlərlə gənc şəhərin mərkəzi meydanından start götürüb və mərkəzi küçələrdə şütüyüblər. Onlar bu yürüşü həmyerlimiz Nicat Rəhimovun doğum gününə və Olimpiyadada qızıl medal qazanmasına həsr ediblər.

İki il bundan əvvəl Azərbaycanı tərk edərək Qazaxıstana gedən Nicat avqustun 13-də 23 yaşını bayram edib. O, Bakını tərk etdikdən sonra Atırau şəhərində məskunlaşdığına görə həmin şəhərin sakinləri ona xüsusi rəğbət bəsləyirlər.

Xatırladaq ki, Olimpiyadada Qazaxıstanı təmsil edən Nicat Rəhimov dünya rekordunu yeniləməklə çempion adını qazanıb.

Oxu.az