- Köhnə - Maraqlı
- 2 Dekabr 2012 12:35
- 3 139
Arvadı tərəfindən döyülən kişi boşanır - PARADOKS

AzNews.az-ın Nigeriyanın "Verqard" nəşrinə istinadən verdiyi xəbərə görə, 40 yaşlı Cimo Babatunde təhlükəsizlik xidmətinin işçisi olmasına baxmayaraq arvadının öhdəsindən gələ bilmir. O, xanımından o qədər qorxur ki, gecələri dostugildə keçirməyə məcbur olur.
Zərərçəkmişin sözlərinə görə, beş illik ailə həyatı ona dəhşətli yuxu kimi görünür. Evdə olan bütün "alətlər" zavallı kişinin başında "çatlayıb".
"O məni döyür. Vəziyyət dözülməz həddə çatıb. Arvadım monstrdı. Xahiş edirəm məni onun əlindən qurtarın", - deyə kişi bildirib. Məhkəmə işçilərinə müraciət edən kişi boşanmadan sonra onun təhlükəsizliyinə zəmanət verməyi də xahiş edir.
Cimo Babatundenin arvadı Arike məhkəmə dinləmələrinə də gəlməyib və ərindən boşanmaq istəmədiyini bildirib.
İnci
AzNews.az