Arvadının şəklini porno saytda gördü

O, 3 illik həyat yoldaşını bədənindəki ləkəsindən tanıyıb



Porno saytda gördüyü çılpaq qadının arvadı olduğunu bildikdə polis bölməsinə müraciət edib. O, 3 illik həyat yoldaşını bədənindəki ləkəsindən tanıyıb.

İzmirdə porno saytların birində üzü görünməyən çılpaq qadının bədənindəki ləkəsini görən kişi, `Bu mənim arvadım` deyərək polisə müraciət edib. Qadının əri keçən həftə evindəki kompüterdə internetdə gəzişərkən girdiyi bir porno saytda qarşısına çıxan çılpaq qadın fotoşəkillərinin "tanış" gəldiyini bildirib. Üzü görünməyən qadının ləkəsini görən kişi fotoşəkildəki insanın 3 illik həyat yoldaşı olduğunu anlayıb.

Yaşadığı şokdan sonra kişi mövcud vəziyyəti yoldaşına bildirib. Gənc qadın əvvəl "Bu mən deyiləm" deyib. Ancaq əri doğum ləkəsini göstərdikdən sonra o, fotoşəkillərdəki qadının özü olduğunu qəbul edib. Lakin o, bu dəfə də necə çəkildiyini bilmədiyini söyləyib. Kişi kompüterə yüklədiyi çılpaq qadın fotoşəkilləri ilə birgə polisə gedib. Arvadının çılpaq fotoşəkillərini bir internet saytında gördüyünü və kim tərəfindən yükləndiyini bilmədiyini söyləyən ər şikayətçi olub. Arvadının müntəzəm olaraq internetə girdiyini və zamanının böyük bir hissəsini kompüter başında keçirdiyini izah edən ər, "İnternetdə davamlı olaraq axtarışda idi. nəticədə fotoşəkilləri porno saytlara düşdü. biabr olduq" deyib.

Fotoğrafları çəkənin və sayta yükləyənin tapılmasını istəyən ər, həmçinin fotoşəkillərin adı çəkilən internet saytından da götürülməsini təbəl edib.

Xəyalə Məmmədova
AzNews.az