İnsanlar bir gün kişi, bir gün qadın olacaq - Araşdırma

Elm xadimləri 2163-cü ildə dünyanın hansı vəziyyətə gələcəyinə dair araşdırma aparıb.

"Discovery News"da yer alan xəbərə görə, gələcəkdə insanlar 150 il yaşaya biləcəklər. Ancaq bunun üçün insan hələ dünyaya gəlməmişdən əvvəl bəzi müayinə kursu keçməsi tələb ediləcək.

Tibb inkişaf edərək hələ doğumdan əvvəl bir çox xəstəliklərin aradan qalxmasına təkan olacaq.

100 il sonra insanlar artıq xərçəngə və bir çox xəstəliklərə yoluxmayacaqlar.

Kök hücrəsi ilə bağlı aparılan araşdırmaların nəticəsi olaraq insanlar "yenilənəcək". Yəni hansısa səbəbdən itirilən qol və ya ayaq kimi bədən üzvünün yerini yenisi tutacaq.

ABŞ-ın Kaliforniya Universitetinin professoru Antoni Bornoskiyin fikrincə, 300 il içində dünyada yaşayan məməlilərin sinfinə aid olan nümayəndələrin 75-i məhv olacaq. Başqa sözlə, gələcəkdə 150 il yaşaya biləcək insan fil, pələng, şimpanze kimi bir çox heyvanlar barədə ancaq oxuya biləcək. Onları görməsi mümkün olmayacaq.
Başqa bir mütəxəssis, füturist Ceyms Kasionun fikrincə, gələcəkdə insanlar çox inkişaf etsələr də yaşam maraqsız olacaq.

Gəlcəkdə insanlarin bioloji dəyşikliyi sadəcə saçlarını düzəltdirmək kimi olmayacaq. Yeni insan çox qəribə görünəcək. Bir gün kişi, bir gün qadın olacaq.

Elnur
AzNews.az