Narkotik və spirtli içkilər aludəçisi olan Corc qaraciyər və böyrək xəstəliklərindən də əziyyət çəkir Narkotik və spirtli içkilər aludəçisi olan Corc qaraciyər və böyrək xəstəliklərindən də əziyyət çəkir

Prezidentin qardaşı gecəqonduda yaşayır

Narkotik və spirtli içkilər aludəçisi olan Corc qaraciyər və böyrək xəstəliklərindən də əziyyət çəkir



ABŞ dövlət başçısı Barak Obamanın qardaşının Keniyanın paytaxtı Nairobidə səfil həyat sürdüyü məlum olub. Xarici KİV-in verdiyi xəbərə görə, prezidentin ögey qardaşı Corc Hüseyn Obama ilə ataları eyni, anaları isə başqadır. Belə ki, Barak Obama Havayda atasının ikinci evliliyindən, Corc isə Keniyada dördüncü evliliyindən dünyaya gəlib.

AzNews.az-ın xəzərxəbər.com-a istinadən verdiyi məlumatına görə, 30 yaşlı Corc dünyanın ən güclü adamı Barak Obamanın əksinə gecəqondularda yaşayır. Narkotik və spirtli içkilər aludəçisi olan Corc qaraciyər və böyrək xəstəliklərindən də əziyyət çəkir. Gününün çoxunu sərxoş vəziyyətdə keçirən Corc, Obama soyadının ona hər zaman sadəcə bir yük olduğunu deyir.

AzNews.az