Qəssablar imtahan verdi

Oktyabr ayında başlayacaq Həcc ziyarəti zamanı müqəddəs torpaqlara gedəcək qəssablardan imtahan götürülüb.

1566-ci ildə Qanuni Sultan Suleyman tərəfindən Türkiyənin Şanlıurfa şəhərində tikdirilən tarixi məkanda keçirilən imtahanlar turistləri heyrətləndirib. Qəssablar qurban kəsmək, dəri soymaq bacarıqlarının nümayiş etdirməklə yanaşı, güclərini yoxlamaq üçün ağırlıq qaldırmalı olublar. Qəssablar 2 qoyun üzərində bacarıqlarını sərgiləmək imkanı yaradılıb.

Məlumat üçün bildirək ki, bayram günlərində Səudiyyə Ərəbustanına qəssab kimi getmək üçün Türkiyədə 3 min nəfər müraciət edib.

E.Əlosmanqızı
AzNews.az