ABŞ-da plastik bağlamalar qadağan edilib. Bundan sonra market və dükanlardan kağız bağlamalardan istifadə ediləcək. ABŞ-da plastik bağlamalar qadağan edilib. Bundan sonra market və dükanlardan kağız bağlamalardan istifadə ediləcək.

Plastik bağlamalara qadağa - VİDEO

ABŞ-da plastik bağlamalar qadağan edilib. Bundan sonra market və dükanlardan kağız bağlamalardan istifadə ediləcək.



ANS TV-nin məlumatıma görə, Kaliforniya ştatında yerli deputatlar qeyri-adi bir qanun qəbul edib. Sakramento şəhərində market və dükanlarda, plastik bağlamaların istifadəsinə qadağa qoyulub. Bu radikal addımın tezliklə bütün ştatda tətbiq olunacağı hətta federal səviyyəli islahata çevriləcəyi istisna edilmir.

Qanun qüvvəyə minməsi üçün yerli administrasiya tərəfindən sentyabrın 30-a kimi imzalanmalıdır. Ştatın qubernatoru ekoloji lobbinin istəyilə qəbul olunmuş qadağanı təsdiq edəcəyi təqdirdə tək istifadəlik plastik bağlamalar tarixə çevrilə bilər. Alış-veriş edən müştərilər alternativ olaraq evlərindən özləri ilə parçadan olan səbətlər və ya bağlamalar götürməli olacaq. Əks halda dükanın kağızdan olan bağlamasına görə əlavə 10 dollar ödəmək məcburiyətindədir.



AzNews.az