Türk alimindən “Amerikanı kim kəşf etdi?” açıqlaması - VİDEO

Türkiyənin məşhur tarixçi alimi İlber Ortaylı “Kanal D”də yayımlanan Cüneyt Özdəmirin təqdim etdiyi 5N1K proqramında qonaq olub.



AzNews.az xəbər verir ki, professor prezident Ərdoğanın gündəmə gətirdiyi "Amerikanı müsəlmanlar kəşf etdi" iddiası ilə bağlı öz fikirlərini paylaşıb.



"Təbii ki, bütün bunlar bir fantaziyadır. Əslində səyahət etmək üçün yaradılan gəmilərdə mütləq bəlli olan bir xəritə olub, əks halda onlar sonu görünməyən sularda üzə bilməzdilər. Amerikanı vikinqlərin də kəşf etdiyi haqda dəlillər var. Kolumb isə dünyanın yuvarlaq olduğu bildiyindən yeni torpaqlar kəşf etmək üçün səyahətə çıxıb. Hindistana çatdığında da elə sanıb ki, bura Amerikadır. Və bunu bilmədən də ölüb. Prezident Ərdoğanın da irəli sürdüyü fikir bir hipotezadır. Düzdür, müsəlmanların Kolumb və Ameriqo Vespucci kimi dənizçilərə qədər Amerika qitəsində olduğu haqda məlumatlar bir çox kitablarda yer alıb".

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğanın Amerikanı 1492-ci ildə ispan səyyahı Xristafor Kolumb deyil, bundan 314 il əvvəl, 1178-ci ildə müsəlmanların kəşf etdiyini iddia etməsi dünya mediasında birmənalı qarşılanmayıb.

Ərdoğan deyib ki, Latın Amerikası ilə müsəlmanlar arasındakı əlaqə 12-ci əsrdən yaranıb. Prezidentin fikrincə, X.Kolumb Kubaya qədəm qoyduğu zaman ilk nəzərinə dəyən məscid olub.

Bəzi alimlər isə iddia edir ki, Amerikanı X.Kolumb deyil, əslində vikinqlər kəşf ediblər.

X.Kolumbdan min əsr öncə Leyf Erikson Amerikanın mövcudluğunu bəyan edib. Amerikada vikinqlərin qalıqlarının tapılması bu versiyanı daha da gücləndirir.

Amerikanı vikinqlərdən əvvəl qədim misirlilərin kəşf etdiyini söyləyənlər də var. Norveç alimi Tur Hererdal 1970-ci ildə bu versiyanı sübuta yetirəcək tutarlı faktlarla çıxış edib.

2008-ci ildə Monqolustan alimi Sumiya Zambalcorc X.Kolumbdan 25 min il öncə monqolların Amerika ərazilərinə köç etdiyini sübut etməyə çalışıb.