- Köhnə - Maraqlı
- 9 Dekabr 2014 16:11
- 5 311
Di Kaprio bardan 20 qızla ayrıldı
Sevgilisi Toni Garr ilə əlaqəsini bitirən 40 yaşlı aktyor Leonardo Di Kaprio ötən gün dünyanın ən məşhur sənət sərgisi olan “Art Basel”də iştirak edib.
Hollivud ulduzu tədbiri qeyd etmək üçün Saus-Biç rayonunda yerləşən bara yollanıb və səhərə kimi orda əylənib. Çıxanda isə 20 qızı özüylə aparıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "New York Daily News" saytı yayıb.
Məlumatda deyilir ki, barda Leonardo Di Kaprionun yanında bir müddətdir görüşdüyü 22 yaşlı model Toni Garr olmayıb.
Aktyor barda təzə subaylığın keyfini sürüb.
Di Kaprionun dostu isə Kaprionun əylənməsilə bağlı bunları deyib: "Mətbuatın gəldiyini eşidincə bardan 20 qızla birlikdə ayrıldı. Çox xoşbəxt idi, sanki modellər dənizində üzürdü. Onun üzünü görməliydiniz, inanılmaz sevincli görsənirdi".