- Köhnə - Maraqlı
- 10 Dekabr 2014 13:44
- 11 225
Dünyanın ən balaca kitabı yaradıldı
Omsk mikrominiatürçüləri Anatoli və Stanislav Konenko dünyanın ən miniatür kitablarının hazırlanması üzrə dünya rekordunu müəyyən ediblər.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, ata və oğul 0,644 x 0,660 mm ölçülü "Rusiya himninin mətni" kitabını hazırlayıblar. Bununla onlar yaponların 2013-cü ildə 0,75 x 0,75 mm ölçüsündə nəşrinin rekordunu sındırıblar.

"Kitab sərt qızıl örtüyə, 8 səhifəyə (6 səhifədə Rusiyanın himninin mətni yerləşdirilib (boşluqlarla cəmi 808 işarə), başlanğıc səhifəyə və Rusiyanın gerbi formasında illüstrasiyaya malikdir",- deyə məlumatda bildirilir.
Mini-kitabın bir nümunəsini müəlliflər Rusiya prezidenti Vladimir Putinə hədiyyə etməyi planlaşdırırlar.
Aydan Axundova
AzNews.az