18 yaşlı fransız qız QİÇS-i dərmansız müalicə edə bilib 18 yaşlı fransız qız QİÇS-i dərmansız müalicə edə bilib

Tibb tarixində görünməmiş hadisə - QİÇS-in dərmansız müalicəsi

18 yaşlı fransız qız QİÇS-i dərmansız müalicə edə bilib


Anadangəlmə QİÇS virusu ilə mübarizədə dərmandan istifadə etmədən uzunmüddətli remissiyaya (zəifləmə) nail olan fransız qız tarixdə ilk olub.

AzNews.az "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, 18 yaşlı qız tam 12 il müddətində dərman qəbul etməyib.

5 yaşına kimi xüsusi preparatlarla müalicə olunan qız naməlum səbəblərdən proqramdan xaric edilib. Bir ildən sonra aparılan müayinə zamanı həkimlər onun səhhətində irəliləyiş olduğunu görüblər. Bundan sonra qız heç bir müalicə almadan müşahidə altında saxlanılıb. Hazırda qızın tamamilə sağlam olduğu bildirilir.

Alimlər hesab edirlər ki, qız hansısa yolla orqanizmində olan infeksiyaya nəzarət etmək bacarığı qazanıb. Bunu isə həkimlər vaxtında edilən müalicə və onun tam zamanında dayandırılması ilə əlaqələndirirlər.

Həkimlər hələki qızın tam sağalmasından danışmasalar da, uzunmüddətli remissiya bir sıra müayinələrlə sübut olunub. Həkimlər hesab edirlər ki, gənc qız öz təcrübəsi ilə ilkin mərhələdə QİÇS-ə necə qalib gəlməyi öyrədə bilər.

Aydan Axundova