Afaq Bəşirqızı avtobusda “toy” elədi Afaq Bəşirqızı avtobusda “toy” elədi

Tanınmış mədəniyyət xadimlərinin avtobus macərası - VİDEO- FAKT

Afaq Bəşirqızı avtobusda “toy” elədi



AzNews.az mədəniyyət nümayəndələrimizlə bağlı daha bir maraqlı video kaset əldə edib. Bu materialda qeyri-adi törən əks olunur. Məlum olur ki, səhnəmizin gülüş ustası Afaq Bəşirqızı "Xalq artisti" fəxri almaq sevincini sənət yoldaşları ilə birlikdə şəhərin dəbdəbəli restoranlarında deyil, heç adi kafedə də deyil, avtobusda qeyd edib. Hadisə belə baş verib:

1993-cü il... Azərbaycanın sayılıb-seçilən sənətkarları - Aftandil İsrafilov, Afaq Bəşirqızı, Eldəniz Zeynalov və Yaşar Nuri Gəncə şəhərində keçirilən xeyriyyə konsertindən qayıdır. Elə bu anda Azərbaycan Radiosu Afaq Bəşirqızının xalq artisti fəxri adına layiq görüldüyünü elan edir.

Əsl xeyriyyə "konserti" də elə bu zaman başlayır. Özü də avtobusda. Aftandil İsrafilovun qarmonunun müşayiəti altında vur-çatlasın –çal-oynasın başlayır ki, gəl görəsən. Qalanını videodan izləyək...



Bahar Rüstəmli
Mahir Hüseynbəyli
AzNews.az