Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərdə uğurlu rollar oynamış Məcid Dadaşov gecə saatlarında dünyasını dəyişib. Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərdə uğurlu rollar oynamış Məcid Dadaşov gecə saatlarında dünyasını dəyişib.

Aktyor Məcid Dadaşov vəfat etdi

Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərdə uğurlu rollar oynamış Məcid Dadaşov gecə saatlarında dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə "Report"a mərhumun yaxınları məlumat veriblər.

Əldə etdiyimiz məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən Məcid Dadaşov bu gün evində vəfat edib.

Xatırladaq ki, Məcid Dadaşov "Bir cənub şəhərində", "Yol əhvalatı", "Azərbaycan naminə" filmlərində çəkilib.

Onun "Bir cənub şəhərində" filmində oynadığı Həsən rolu xüsusən uğurlu alınıb.

Qeyd edək ki, Məcid Dadaşovun oğlu Manaf Dadaşov Gənc Tamaşaçılar Teatrının aktyorudur.