Habil Əliyev: “Mən Yaşarı bağışlamayacam...

"O, mənim növbəmi əlimdən aldı"



"Mən Yaşarı bağışlamayacam. O, mənim növbəmi əlimdən aldı". Bu sözləri bu gün Akademik Milli Dram teatrında Yaşar Nurinin vida mərasiminə qatılan xalq artisi, kaman ustası Habil Əliyev anspress-ə açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycanın xalq artisti, Akademik Milli Dram teatrının aktyoru, Prezident təqaüdçüsü, Şöhrət ordenli aktyor Yaşar Nuri bu gün səhər saatlarında vəfat edib. Azərbaycan kino və teatrında əvəzsiz rolların ifaçısı Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.

AzNews.az