- Köhnə - Mədəniyyət
- 14 Noyabr 2016 10:10
- 9 962
Məşhur serial mükafatdan imtina etdi
“Diriliş Ertuğrul” serialı onlara verilən “Altın Kelebek” mükafatını geri qaytarıb.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mükafatı almaq üçün səhnəyə dəvət edilən serialın heyətinə danışmaq üçün söz verilməyib.
Bu barədə ekran işinin prodüseri və ssenaristi Mehmet Bozdağ məlumat verib:
"Mükafatlandırma mərasimində izləyənlərimizi salamlamaq və onlara təşəkkür etmək üçün bizə imkan verilmədi. Bunu haqsızlıq qəbul edirik. Bu bizə və izləyicilərimizə qarşı nəzakətsizlikdir. Buna görə də mükafatı geri qaytardıq".