“Belə bir xəbərin yayılması kimlərinsə təxribatıdır” “Belə bir xəbərin yayılması kimlərinsə təxribatıdır”

“İstefa xəbəri yalandır”

“Belə bir xəbərin yayılması kimlərinsə təxribatıdır”



"Rüstəm İbrahimbəyovu tərk edənləri sayı artır. Xalq artisti Rasim Balayevdən sonra Kinematoqrafçılar İttifaqını daha bir katib Əsəd Əsədov tərk etmək qərarına gəlib". Bu məlumatı Publika.az saytı yayıb.


Kinematoqrafçılar İttifaqının katibi Əsəd Əsədov isə AzNews.az-a açıqlamasında bu xəbərin yalan olduğunu dedi. belə bir istefadan xəbərsiz olduğunu bildirdi:

"Mən Rüstəm İbrahimbəyovun ittifaqından istefa verməmişəm. Bilmirəm bu kimə maraqlıdır ki, belə bir xəbəri yayıb. İnsanların əqidəsi ilə oynamaq olar? Belə bir xəbərin yayılması kimlərinsə təxribatıdır. Demişəm ki, əgər məni kinoya dəvət eləsələr çəkilərəm, öz işimi davam etdirərəm. Bu başqa şeydir, istefa bəyanatı tamam başqa şey. Kinematoqrafçılar İttifaqının 250 nəfər üzvü var. Rüstəm müəllim gəlsin, hər halda bu insanlar harada işləyəcəyi ilə bağlı bir qərara gələcəyik. Hazırda isə evdə fəaliyyət göstəririk".

Bahar Rüstəmli
AzNews.az